İsrailin xarici işlər naziri Eli Kohen Türkiyəyə səfər edib. SİA xəbər verir ki, nazir bu barədə rəsmi tviter səhifəsində məlumat verib.

Onun prezident Rəcəb Tayyib Ərdoğan və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü, daha sonra birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulur. “Mən türk milləti ilə həmrəyliyimi göstərmək üçün Türkiyəyə gəlmişəm. İsrail bu ağır günlərdə Türkiyənin yanındadır və ona yardıma davam edəcək", - deyə Kohen qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə