Ümummilli Liderin 100 illik yubileyi münasibətilə Yunanıstanda tədbir keçirilib

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Evi Salonikidə tədbir keçirib. SİA xəbər verir ki, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan Evinin sədri Rəşid Məmmədov çıxış edərək, Cəmiyyətin üzvləri və tədbirdə iştirak edən qonaqlara Ulu Öndərin həyatı, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib, dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında böyük rolundan danışıb, xaricdə, o cümlədən Yunanıstanda yaşayan azərbaycanlıların Heydər Əliyev irsinə, onun azərbaycançılıq məfkurəsinə dərindən bağlı olduqlarını vurğulayıb.

Türkoloq alim Sokrat bəy Angelidis Ulu Öndərin dahiliyi barədə söhbət açaraq Azərbaycan tarixi haqqında fikirlərini bölüşüb.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə