Yunanıstan Türkiyə ilə sərhədlərini hasarlayacaq

Yunanıstan sərhəd boyunca hasar çəkəcək və özünü Türkiyədən təcrid edəcək. SİA xəbər verir ki, bu barədə yerli vətəndaşların müdafiəsi naziri Takis Teodorikakos bildirib.

Qeyd olunub ki, Yunanıstanın Xarici İşlər və Müdafiə üzrə Hökumət Şurası Evros çayının bütün uzunluğu boyunca sədd çəkməyi qərara alıb. Səddin uzunluğu təxminən 180 kilometr olacaq.

Nazir deyib ki, mərkəzi hissədə hasarın ilk 35 kilometrinin tikintisinə dərhal başlanacaq və bu iş üçün ayrılan büdcə 100 milyon avro təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə