Yunanıstanın Baş Qərargah rəisindən qalmaqallı sözlər

Türkiyə yenidən Yunanıstanda gündəmdədir. Türkiyənin uğurlu hava əməliyyatından sonra Yunanıstanın Baş Qərargah rəisi general Konstantinosdan şok açıqlamalar gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yunan komandir açıqlamasında Türkiyə ilə bağlı qalmaqallı iddiaya da yer verib.

Afina açıqlamaları ilə Egeydəki gərginliyi artırmağa davam edərkən, Türkiyə prezidenti Ərdoğanın “Bir gecə qəfil gələ bilərik, yerlərini bilsinlər” sözlərinin əks-sədaları davam edir. Türkiyənin Suriyadakı terror hədəflərinə qarşı uğurlu hava əməliyyatından sonra yunan generaldan qalmaqallı açıqlama gəlib. Yunanıstanın Baş Qərargah rəisi general Konstantinos bu sözlərə istinad edərək, "Kim Florosa gəlmək istəsə, ölümcül bir səhv edər" deyib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə