Füzuli Beynəlxalq Hava Limanında Şuşa Qlobal Media Forumunun iştirakçılarının qarşılanma mərasimi keçirilir - FOTOLAR

Füzuli Beynəlxalq Hava Limanında Şuşa Qlobal Media Forumunun iştirakçılarının qarşılanma mərasimi keçirilir - FOTOLAR

Füzuli Beynəlxalq Hava Limanında 4-cü Şuşa Qlobal Media Forumunda iştirak edəcək xarici qonaqların və rəsmi şəxslərin qarşılanma mərasimi keçirilir.

SİA-nın Füzuliyə ezam olunan müxbiri xəbər verir ki, forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir.

Qarşılanan qonaqlar daha sonra Şuşada keçiriləcək “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda 4-cü Şuşa Qlobal Media Forumuna qatılacaqlar.

Proqram çərçivəsində xarici qonaqların Şuşada yeni inşa edilən Qarabağ küçəsi ilə tanışlığı da nəzərdə tutulur.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə