Füzuli Beynəlxalq Hava Limanında 4-cü Şuşa Qlobal Media Forumunda iştirak edəcək xarici qonaqların və rəsmi şəxslərin qarşılanma mərasimi keçirilir.
SİA-nın Füzuliyə ezam olunan əməkdaşı xəbər verir ki, forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcəklər.
Qarşılanan qonaqlar daha sonra Şuşada keçiriləcək “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda 4-cü Şuşa Qlobal Media Forumuna qatılacaqlar.
Proqram çərçivəsində xarici qonaqların Şuşada yeni inşa edilən Qarabağ küçəsi ilə tanışlığı da nəzərdə tutulur.