Pilotun halı pisləşib...təyyarəni sərnişin endirib

ABŞ-da şəxsi təyyarənin pilotunun uçuş vaxtı halı pisləşib.

SİA-nın əldə etdiyi məlumata görə, pilot təyyarəni idarə edə bilmədiyi üçün sərnişinlərdən biri şturval arxasına keçib.

Heç zaman təyyarə sürməyən sərnişin idarəetmə məntəqəsinin təlimatlarına uyğun hərəkət edərək onu ehtiyatla Florida aeroportuna endirə bilib. Sərnişinlərin heç biri xəsarət alımayıb. Hətta təyyarə yerə endikdə idarəetmə mərkəzindəki pilot sevincdən qışqırıb: “Aman Allah, nə gözəl icra etdin”.

İlkin araşdırma zamanı pilotun ürəyindəki gizli gedən xəstəlik onun halının pisləşməsinə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə