Kaputaş çimərliyi Avropadakı ən yaxşı 40 çimərlik arasındadır

İngiltərənin “The Guardian” qəzetinin hazırladığı “Avropanın 40 ən yaxşı çimərliyi siyahısı”na Türkiyədən də Antalyanın Kaş qəsəbəsində yerləşən Kaputaş çimərliyi də daxil edilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Qəzetin səyahət yazarlarının hazırladığı siyahıda Yunanıstan, Almaniya, İspaniya, İrlandiya, Monteneqro, Portuqaliya, Hollandiya, Fransa, İtaliya, Xorvatiya, Albaniya və Türkiyədən təbii gözəlliklərə malik çimərliklər yer alıb.

Qızıl sarısı qumlu çimərliyi, şəffaf və firuzəyi dəniz suyu ilə Antalyanın tanınmış çimərliklərindən olan Kaputaş çimərliyi də siyahıda öz yerini alıb.

Kaputaşdan 600 metr aralıda, fotoqrafiya həvəskarlarına da bənzərsiz gözəlliklər təqdim edən Mavi Mağara bölgənin turizm dəyərini artırır.

Bütün xəbərlər Facebook səhifəmizdə