Türk qəhvəsi ənənələrinin əsrlər boyu dəyişməz qaldığını bilirsinizmi?
Osmanlı torpaqlarına təxminən 500 il əvvəl daxil olan və sürətlə yayılan qəhvə; tarixi, adını verdiyi binalar, içki və iaşə istehsalında istifadə olunan alətlər, ictimai əlaqələrdəki rolu ilə türk mədəniyyətində mühüm yer tutur.
Qəhvə Anadolu torpaqlarına ilk dəfə XVI əsrdə Yəməndən gəlib. Qısa zamanda sevilib, mənimsənib və yayılıb. Elə Qərb dünyasının qəhvə ilə tanışlığı da türklərin sayəsindədir. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
XVII əsrin əvvəllərində Osmanlı torpaqlarına gələn Venesiya tacirləri ölkədə gördükləri bu ətirli və əhval-ruhiyyə yaradan içkini Avropaya aparırlar.
Küçələrdə satılan qəhvə 1645-ci ildə ilk dəfə İtaliyada bir dükanda, yəni kafedə satılmağa başlayır. XVIII əsrin ilk illərindən etibarən isə qəhvə bütün Avropada yayılır.
XVI əsrdən bəri eyni üsullarla hazırlanan və təqdim edilən “Türk qəhvəsi”nin Türkiyə mədəniyyətində xüsusi yeri vardır. Cəmiyyətin hər təbəqəsindən olan insanları ortaq məxrəcdə görüşdürən qəhvə mühüm ünsiyyət vasitələrindən biri olub. Biriylə qarşılıqlı içilən qəhvə başqa içkidən daha çox şey ifadə edir. Belə ki, bir fincan qəhvə bəzən gözəl bir söhbət, bəzən paylaşılan dərd, bəzən də gələcəklə əlaqədar bir xəbərdir. Soruşa bilərsiniz, necə? - Qəhvəni içdikdən sonra fincanı nəlbəkiyə tərs çevirir və bir dilək tuturlar. Daha sonra fincan nəlbəki ilə birgə, dibindəki qəhvə dağılmayacaq şəkildə yenidən tərsinə qoyulur. Tamamilə soyuyunca qəhvənin qum dənələri qalan maye ilə birlikdə fincanın içində müxtəlif cızgilər, şəkillər yaradır, falçılıq həvəskarları da onları gələcəklə bağlayıb maraqlı yozurlar.
Qəhvə təklif etmək türk adət-ənənələrinin əvəzsiz elementidir. Türk qəhvəsi evlilik öncəsi mərasimlərin dəyişməz tərkib hissəsi, qonaqlara təqdim edilən ləzzət və söhbətləri müşayiət edən içkidir. Zəngin mədəni bazaya əsaslanan türk qəhvəsi 2013-cü ildə YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



