Türkiyə patent müraciətində dünyada 4-cü yerdədir

Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası – TÜBİTAK-ın sədri Həsən Mandal son illər ölkədə əqli mülkiyyətlə bağlı işlərin artdığına diqqət çəkərək deyib...

Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası – TÜBİTAK-ın sədri Həsən Mandal son illər ölkədə əqli mülkiyyətlə bağlı işlərin artdığına diqqət çəkərək deyib: “Xüsusilə, son 10 ili nəzərə aldıqda enerji sahəsində yüksəliş var. Aşağı karbonlu enerji patentlərində artım görünür. İstixana qazı emissiyalarını azaltmaq üçün bərpa olunan enerji və enerji saxlama texnologiyalarının inkişafında 72 faiz artım diqqətə çarpır. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Türkiyə patent müraciətində dünyada 4-cü yerdədir. Ticarət markaları və patentlər baxımından ən sürətlə yüksələn ölkələrdən biriyik. Tətbiqlərin çoxu informasiya texnologiyaları sahəsindədir.

Türkiyə qadın alimlər sayında da dünyada 4-cü pillədədir.

Bütün xəbərlər Facebook səhifəmizdə