Avropa minlərlə zərərli kimyəvi maddəni qadağan etmək qərarına gəlib. SİA-nın əldə etdiyi məlumata görə, “The Guardian” xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc edilmiş “məhdudiyyətlərin yol xəritəsi”ndə deyilir.
Beləliklə, istifadə məhdudiyyəti altına xərçəng, hormonal pozğunluqlar, reproduktiv pozğunluqlar, piylənmə, diabet və digər diaqnozlarla əlaqəli kimyəvi maddələr düşəcək. Siyahıya 12 minə qədər zəhərli element daxil edilə bilər. Avropa Ətraf Mühit Bürosu yeni planı “tarixdəki ən böyük kimyəvi qadağa” adlandırıb.
Qeyd edək ki, ilk dəfə olaraq, məhdudiyyətlər alov gecikdiricilərə, bisfenollara, PVC plastiklərə və hətta uşaq bezinə də şamil ediləcək
Qadağa həmçinin kosmetika, boyalar, təmizləyici məhsullar, yapışdırıcılar və pestisidlərin istehsalına təsir göstərə bilər.
Bu arada “Cefic” ticarət qrupu qeyd edib ki, zəhərli elementlərdən qurtulmaq qlobal kimya sənayesinin illik mənfəətinin dörddə birindən çoxuna təsir edəcək ki, bu da təqribən 500 milyard avro təşkil edir.
Bu gün alimlər hesab edirlər ki, planetin kimyəvi çirklənməsi qlobal ekosistemlərin məhvi ilə nəticələnən səviyyəni artıq keçib.
Daha bir maraqlı nüans: bir müddət bundan əvvəl İspaniyada günəşdən qoruyucuların tərkibindəki kimyəvi maddələrin okean üçün təhlükə yaratdığını aşkar edilib. Mütəxəssislər hesab edirlər ki, bu cür kimyəvi maddələr yosunların fotosintez və çoxalma qabiliyyətinə mane ola bilər və bu da potensial olaraq sualtı ekosistemləri məhv edə bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB