Bədəninizdə yığılan ödəm, olduğunuzdan daha kök görünməyinizə səbəb olur. SİA- nın xarici mətbuata əsasən verdiyi məlumata görə, arıqlamaq istəyərkən bədəninizdə yığılan ödəm və toksinlərdən də xilas olmaq lazımdır. Bəzi qidalar həzmi tənzimləyir və qısa müddətdə ödəmdən xilas olmağa imkan verir.
Sağlam bir şəkildə arıqlamaq və istədiyiniz mükəmməl bədənə sahib olmaq üçün pəhriz siyahısına bəzi qidaları əlavə etməlisiniz. Bədəndə yığılan yağları yandıran və ödemdən qurtulmanıza kömək edən bu qidalar qısa zamanda arıqlamağınıza kömək edəcək.

1. Kifayət qədər su için.
Suyun həm sağlamlığa, həm də arıqlamağa təsiri saysız-hesabsızdır. Bədəninizdəki şişlik və ödəmdən qurtulmağın ən əsas yolu gündəlik lazımi qədər su içməkdir. Gündə 1,5 litr və ya daha çox su içmək ödəmdən qurtulmağa kömək edir. Su həmçinin, maddələr mübadiləsini də sürətləndirir və çəki itirmə prosesini asanlaşdırır.

2. Mütləq qatıq yeyin.
Müntəzəm olaraq qatıq istehlakı maddələr mübadiləsini sürətləndirir, qidanın həzmini asanlaşdırır. Tərkibində yüksək miqdarda kalsium və zülal olan qatıq sağlamlıq üçün də çox faydalıdır. Az yağlı alacağınız və ya evdə hazırlayacağınız qatıq probiyotik təsiri ilə təbii ödəm aradan qaldırıcıya çevrilir. Qısa müddətdə ödəm və şişkinlikdən qurtulmağı təmin edən qatıq həm də insanı tox saxlayır və gün ərzində çox qida qəbul etməsinə mane olur.

3. Hər gün cəfəri istehlak edin.
Səhərlər istehlak edilən yarım kasa cəfəri bədəndə şişkinliyin qarşısını alır.
Cəfəri həm antioksidant qaynağı, həm də toksin salıcı xüsusiyyəti ilə arıqlamağa dəstək verir. Cəfəri tər və sidikqovucu xüsusiyyətləri sayəsində qısa müddətdə arıqlamağa imkan verir. Hər səhər səhər yeməyindən 30 dəqiqə əvvəl acqarına cəfəri suyu içmək arıqlamağa kömək edir.

4. Yüksək dərəcədə su ehtiva edən xiyar istehlak edin.

Hər zaman suya ehtiyacı olan bədənimiz üçün xiyar çox vacibdir. Tərkibində yüksək dərəcədə su olan xiyar gündəlik su ehtiyacını qarşılamağa kömək edir və mədəni rahatladır. Xiyar arıqlamağa kömək edən və çox yesəniz belə kökəltməyən dadlı yemək kimi tanınır. Arıqlamaq istəyənlərin siyahısında xiyar boldur. Aşağı kalorili olması sayəsində ən çox seçilən qidalardan biri olmağı bacaran xiyar bədəndə yığılan ödəmi anında çıxarır. Bağırsaqların sürətli işləməsini təmin edən xiyar həzmi asanlaşdırır.

5. Kalium qaynagı banan istehlak edin
Banan tərkibindəki kalium ilə bədəndəki ödəmi aradan qaldırmaqda qərarlıdır. O, həmçinin bədəninizi ehtiyac duyduğu təbii şəkərlə təmin edir. Banan içərisindəki vitaminlər, minerallar və bol lif bazal metabolizmin sürətini artırır, arıqlamağı asanlaşdırır.
Əla lif qaynağı olan banan sağlam şəkildə arıqlamağınıza və orqanizminizdə yığılan zərərli maddələrdən qurtulmanıza imkan verir. Bol lifli xüsusiyyəti sayəsində qarın boşluğunda uzun müddət toxluq hissi verir və bağırsaqlar üçün böyük vəzifə yerinə yetirir.

Günay İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə