Prezident Ərdoğan Muhsin Karanı təbrik edib

Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında keçirilən Quran və azan oxuma müsabiqəsinin azan katoqoriyasında birinci olan Muhsin Karanı təbrik edib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Prezident Ərdoğan Şarkışla Ravza məscidinin mollası Muhsin Kara ilə telefon danışığı aparıb. Prezident Ərdoğan görüş zamanı azan oxuma yarışında birinci olan Karanı təbrik edib, uğurlarının davamını arzulayıb.

Xatırladaq ki, Muhsin Kara daha əvvəl də Türkiyə Radio Televiziya Qurumunun (TRT) təşkil etdiyi “Quran oxumaq müsabiqəsində” ikinci yeri qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə