Baş rolunda Taleh Yüzbəyovun iştirak etdiyi “Zəhər tuluğu” filmi Qazaxıstanda yayımlanacaq. SİA xəbər verir ki, filmin prodüseri Orxan Mərdan bu haqda məlumat verib. Prodüser, “Azərbaycan kinosunun inkişafının yeni mərhələsinə keçdik. İlk dəfə Azərbaycan istehsalı film xarici ölkədə geniş kütləvi yayıma çıxır. Allah utandırmasın” deyə açıqlama verib.
Qeyd edək ki, 19 maydan etibarən Qazaxıstanın 11 şəhər, 23 kinoteatrda yayımlanacaq filmin adı “Hевыносимо” deyə tərcümə olunub.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB