150 milyon dollarlıq oğurluq rəsm tapılıb

ABŞ-ın Nyu-Meksiko ştatında müəllim Kerri və loqoped Rita Alter öz ətraflarında sakit, sevgi dolu cütlük kimi tanınırdı. SİA xarici mətbuata istinadən xəbər verir ki, onların yaratdığı imic 2017-ci ildə Ritanın ölümü ilə məhv oldu. Kerri 2012-ci ildə vəfat edib. Ritanın ölümü ilə boş qalan evlərindəki qiymətli əşyaları yoxlamaq üçün qardaşı oğlu antikvar satıcısına zəng edib.

Antikvar mütəxəssisi David Van Auker yataq otağında tanış bir rəsm əsərinə rast gəlib. Bu, holland rəssamı Villem de Kooninqin "Qadın-Oçer" əsəri idi. O, bunun replika olduğunu düşünüb. Çünki 150 milyon dollarlıq orijinal tablo 1985-ci ildə oğurlanıb. Antikvar satıcı, satın alınan artefaktın nümayiş olunduğu Arizona İncəsənət Muzeyinin kuratoruna məlumat verib.

FTB işə qarışıb. Çünki 1985-ci ildə bir bayram günündə rəsm iki nəfər tərəfindən oğurlandıqdan sonra bir daha tapılmayıb. Qadın mühafizəçinin diqqətini yayındırıb, kişi isə bıçaqla kətanı çərçivədən kəsib.
Bu həll olmamış soyğunçuluq FTB-nin “Ən vacib 10 cinayət” siyahısında idi. FTB artefaktı muzeyə təhvil verib. Səlahiyyətlilər, cütlüyün həmin günə qədər işi evdə saxlamasına və satmağa cəhd etməməsinə təəccüblənib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə