Başqırdıstanın Abzelilovski rayonunun Taştuy kəndinin su anbarlarından birində balıqlar kütləvi şəkildə ölür. SİA bu barədə “rosbalt” saytına istinad edir.
Yerli sakinlərdən biri hadisəni videoya çəkib. Maraqlıdır ki, su anbarında yaşayan azsaylı su samurunun da öldüyü diqqət çəkib.
“Proofy.rf” nəşri yazır ki, ötən il də yerli sakinlər bu mənzərə ilə qarşılaşıbmışlar. Onlar bununla bağlı hətta yuxarı instansiyalara da müraciət ediblər.
Sonradan Balıqçılıq üzrə Federal Agentlik balıqların buzun altında oksigen çatışmazlığı səbəbindən öldüyünü bildirib.
Nazlı Babayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB