Hər gün süfrəmizdə görməyə alışdığımız zeytun və əncirin nə qədər möcüzəvi olduğu tez-tez unudulur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, glisemik indeksi sıfır olan zeytun ilə arıqlamaq mümkündür.
Aparılan araşdırmalar nəticəsində bədənə faydalı və hüceyrələri yeniləyən qidalar arasında əncir və zeytunun çox təsirli olduğu müəyyən edilib. Quranda da adı keçən zeytun və əncir xüsusilə müsəlman cəmiyyəti üçün daha müqəddəs və faydalı hesab edilir. Hər gün 7 zeytun və 1 əncir yeyərək cəmi 21 gündə arıqlamaq mümkündür.
Xəstəliklərdən uzaq olmaq, arıqlamaq, artıq piyləri əritmək, immunitet sistemini güclü saxlamaq istəyənlər üçün süfrənin ən sağlam meyvələrindən sayılan zeytun əncirlə birləşdikdə tam şəfa mənbəyinə çevrilir.
Balanslaşdırılmış pəhrizin bir hissəsi kimi əncir yemək tox qalmağınıza və həddindən artıq yeməkdən qaçmağınıza kömək edəcək. Birr çox tanınmış mütəxəssis tərəfindən tövsiyə edilən zeytun, əhəmiyyətli vitamin və minerallarla yanaşı, ürək sağlamlığını artıran yaxşı doymamış yağ qaynağıdır.
Müqəddəs kitabımız Quranda zeytun sözü 7, əncir sözü isə bir dəfə keçir. Bu sağlam müalicənin də Qurandan ilhamlandığı bildirilir. Ayələrdə 7 dəfə zeytun sözünün və bir dəfə də keçən əncir sözünün insanlara sağlam yaşamaq üçün güc verdiyi proqnozlaşdırılır.
Zeytun yeyərək arıqlamaq:
Səhər və axşam 7 zeytun və 1 əncir yeyərək şəfa vermək ənənəsi qədim zamanlardan bəri davam edir. Zeytun xüsusilə aşağı kalorili sıxlığa malikdir. Kalori sıxlığı qidanın çəkisinə və ya həcminə (qramla) nisbətdə tərkibindəki kalorilərin miqdarının ölçüsüdür.
Ümumiyyətlə, kalorisi 4 və ya daha çox olan hər hansı qida yüksək hesab olunur. Qara və ya yaşıl zeytunun kalori sıxlığı 1 ilə 1,5 arasındadır. 10 dənə yaşıl və ya qara zeytun ölçüsündən asılı olaraq 35-95 kaloriyə sahib ola bilər.
Xüsusilə zeytun bədəndəki zərərli birləşmələrlə mübarizə aparan polifenol antioksidantlarla zəngindir.
Zeytun kimyəvi quruluşuna görə doymuş və trans yağlardan fərqlənən sağlam doymamış yağlara malikdir. Bütün yağlar eyni miqdarda kalori ehtiva edir, lakin doymamış yağlar bədənə müsbət təsir göstərir. Bu səbəbdən zeytun yeyərək arıqlamaq mümkündür, lakin təbii ki, bəzi qaydalar var.
Əncirin təsiri:
Əncirin tərkibində çoxlu miqdarda qida lifi var ki, bu da mədənin daha uzun müddət tox qalmasını təmin edir. Bu, həmçinin gündəlik kalori qəbulunuza nəzarət etməyə kömək edir.
Əncirin tərkibində fisin adlı ferment var ki, bu da həzm sistemini qorumağa kömək edir. Bu qidalar onların ən ideal şəkildə həzm olunmasına kömək edir.
Əncirin tərkibindəki kalsium, kalium, fosfor, manqan, mis və maqnezium kimi minerallar arıqlamağa kömək edir. Əncirin tərkibindəki təkcə minerallar deyil, yüksək miqdarda A və B vitaminləri maddələr mübadiləsini sürətləndirir.
7 Zeytin və 1 əncirin yeməyin faydaları:
1. Bədəni təmizləyir - Əncir və zeytunda olan yüksək antioksidantlar bədəndəki sərbəst radikalları aradan qaldırmaqda əladır.
2. Şişkinliyi aradan qaldırır - Hər gün 7 zeytun və 1 əncir tətbiq etmək şişlik kimi problemlərə dərman kimi təsir edir.
3. Yağ yanmasını sürətləndirir - Zeytun və əncir bədəninizə yük olan artıq piylərin yandırılmasını asanlaşdırır.
4. Hüceyrələri bərpa edir - Hüceyrə yenilənməsində rol oynayan zeytun və əncir öz gücünü beyin hüceyrələrindən dəri hüceyrələrinə qədər göstərir.
5. Maddələr mübadiləsini sürətləndirir - Əncir və zeytun maddələr mübadiləsini sürətləndirən iki fərqli qidadır.
6. Aclıq böhranlarının qarşısını alır - 7 zeytun və 1 əncir yeyən insanların daha az ac olduğu məlumdur. Beləliklə, gün ərzində istədiyiniz qədər kalori əldə edə və qaçıamaqlardan uzaq qala bilərsiniz.
7. Xərçəngə qarşı tam qalxan - 7 zeytun və 1 əncirin müalicəsinin elə bir faydası var ki, dövrün ən çox rast gəlinən sağlamlıq problemi olan xərçəng hüceyrələrinə az qala qalxandır. İmmun sistemi zəif olan orqanizmlərdə xərçəng hüceyrələri asanlıqla məskunlaşır. Bu vəziyyətə qəti həll tapmaq üçün 7 zeytun və 1 əncir yeyə bilərsiniz.
İstifadə etmə qaydası
21 gün ərzində hər gün səhər yeməyindən əvvəl və yatmazdan 2-3 saat əvvəl 7 zeytun və 1 əncir yeyilir, daha sonra sonra 1 böyük stəkan su içmək lazımdır.
Faydalarını bədəninizdə hiss etmək üçün bunları tətbiq edərkən sağlam qidalanmaya diqqət etməlisiniz. 7 zeytun və 1 əncir aşağı kalorili pəhriz ilə birlikdə tətbiq edildikdə, tez arıqlamağa imkan verir.
Müalicənin şişlik təsirini 3-4 gün ərzində hiss edə bilərsiniz. Arıqlamaq üçün səbrli olmaq lazımdır. Bir neçə gündən sonra bədəninizdə dəyişiklikləri hiss edə bilərsiniz.
Günay İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB