Dünyanın ən gözəl gəzinti marşrutlarından biri

Fethiye rayonundan başlayan və Antalyaya qədər uzanan uzun piyada yolu, qədim dövrlərdə bölgədə yaşamış Likiya sivilizasiyasına görə Likya yolu adlandırılıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Fethiyedən başlayan və Antalyaya qədər uzanan bu piyada marşrutu üzrə araşdırmalar 1992-ci ildə başlayıb. İngiltərədən gəlib Türkiyədə məskunlaşan Keyt Klou 1999-cu ildə Likiya yolu marşrutunu piyada keçən ilk şəxs olub. Daha sonra Klou bu marşrutu təsvir edən bir kitab yazıb və Likiya yolunu dünyada tanıdıb.

Müxtəlif mənbələrə görə, dünyanın ən yaxşı 10 uzun məsafəli piyada marşrutundan biri olaraq göstərilən Likya yolu eyni zamanda dünyanın ən mənzərəli 50 gəzinti marşrutundan biridir. Yol üzərində yerləşən Gelidonya mayakının mənzərəsi 2007-ci ildə Türkiyənin ən gözəl mənzərəsi seçilib. Bundan əlavə, dünyada bütöv bir gəminin çıxarıla biləcəyi ilk sualtı qazıntı bu bölgədən görünən Amerika körfəzində aparılmışdır.

Təxminən 550 kilometr davam edən Likiya yolu piyada marşrutu Türkiyənin ən əhəmiyyətli turizm bölgəsində yerləşdiyi üçün zəngin yaşayış və nəqliyyat imkanlarına malikdir. Aralıq dənizi iqliminin hökm sürdüyü bölgədə qış ayları kifayət qədər mülayim olduğundan, yürüyüş mövsümü də kifayət qədər uzundur.

Bütün xəbərlər Facebook səhifəmizdə