Restoranlar şəbəkəsi sahibi, türk aşpaz Burak Özdəmir (CZN Burak) noyabrda İngiltərənin paytaxtı Londonda restoran açmağı planlaşdırır. Burak Londonda açacağı retoranın şərikinin “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo olduğunu söyləyib.
SİA Matc.az-a istinadən xəbər verir ki, Özdəmir Türkiyənin Bursa şəhərində keçirilən tədbirdə bu barədə açıqlama verib. O, keçən il İspaniyanın paytaxtı Madriddə Ronaldodan ortaqlıq təklifi aldığını açıqlayıb:
“Restoranlarımızla 11 ölkədə əhəmiyyətli türk markasına çevrilmişik. İngiltərədəki məkanımızı Ronaldo ilə birlikdə, bu ilin noyabr ayında açacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB