Xatırdam ki, bir müddət bundan əvvəl amerikalı mühəndis və publisist, “Mars Cəmiyyəti”nin qurucusu və prezidenti Robert Zubrin insanların Qırmızı Planetə- Marsa nə vaxt köçürüləcəyinin mümkünlüyü barədə danışmışdı. Maraqlıdır, niyə məhz, Marsa? Axı, məlum doqquz planetdən biri olan Venera Marsla müqayisədə Yerə daha yaxındır. Bəs, onda alimlər niyə məhz Qırmızı Planetə can atırlar.

Hər şeydən əvvəl, Marsın niyə Qırmızı Planet adlandırıldığı barədə açıqlama verək. Alimlər bunu Marsın gecə səmasının qırmızı çalarları ilə seçildiyinə görə adlandırırlar. Planetin qırmızı görünməsi ərazisindəki dəmir oksidlə bağlıdır ki, bunu ümumi danışıqda biz pas adlandırırıq. Məhz buna əsasən alımlər planetin paslı bir səthə sahib olduğunu iddia edirlər.

Başqa bir sual. Niyə Yerdəki alimlər başqa planetlərdə yaşayış axtarırlar? Yadıma bizim şairlərdən birinin şeirindən bir misra düşür: “Torpaq üstündəki, ölüm itkilərinə bir axtarış tələbi-Bakı metrosu”.

Təbii ki, planetlərlə bağlı tədqiqatlar elmi kəşf xarakteri daşısa da, bunun başqa bir səbəbi də coxalmaqda olan insanları, daha yaxşı “yedirdib-geyindirmək üşün” başqa planetlərə köçürməkdir.

Alimlər ilk köçürmənin “qaranquşu kimi” Marsa köçürülənləri bu planet haqqında çox məlumatlı olduqları ilə əlaqələndirirlər. Belə ki, hər şeydən əvvəl bildirək ki, Marsda buz var. Deməli həmən buzun əriyib suya çevrilmək ehtimalı da istisna edilmir. Marsdan fərqli olaraq Venerada kükürd turşusu kimi çox miqdarda təhlükəli maddə olan qalın atmosfer mövcuddur. Alimlər Veneranın səthinin də Marsdan az öyrəndiklərin etiraf edirlər. Çünki. Venera buludların arasından görünür ki, bu da alimlərə onun səthini öyrənməkdə çətinliklər yaradır.

Qeyd edək ki, Venera ilə Marsın başqa bir fərqi, Marsın Aydan xeyli kiçik olan iki planetə sahib olmasıdır. Bundan əlavə, dediyimiz kimi, Marsın səthində Yerdən də görünən iki buzlaq var. Alimlər bunu palnetdəki iqliminin incəliyi ilə əlaqələndirirlər. Marsla bağlı başqa bir tapıntı bu planetdə görünən dağların daha yüksək, vadilərin isə daha dərin olmasıdır.

Onu da qeyd etmək lazımdır ki, Yer üzündə bütün yüksəklikləri dəniz səviyyəsindən ölçürüksə, Marsda dəniz olmadığı üçün başqa bir istinad nöqtəsi - 6 milliqar səthindəki təzyiq səviyyəsi seçilib. Bütün bunlara baxmayaraq, deməliyik ki, Marsın səthi daha çox Ayın səthinə oxşayır.

Xatırlayırsınızsa, 1969-cu ildə Aya göndərilən Amerikanın “Apollon- 11” kosmik gəmisinin Aya enməsi, astronavtların 21 saat yarım burada qalması, hələ də bir çox alimlər tərəfindən şübhə ilə qəbul edilir. Yəni onların çoxu, sadəcə olaraq, buna inanmırlar. Marsla bağlı problemlərdən biri və bəlkə də ən önəmlisi də yolla bağlıdır.

Təsəvvür edin, Marsa “getmək istəyirsənsə” bir necə ay yol getməlisən. Bundan əlavə, insanları Marsa göndərmək və orada qalmağa məhkum etmək inanılmaz dərəcədə çətin bir işdir. Axı, insanın yaşamaq üçün təkcə qidaya deyil, həm də başqa şeylərə ehtiyacı var.

Maraqlıdır ki, bir şox alimlər “Mars Cəmiyyəti”nin prezidenti Robert Zubrin 2100-cü ilə qədər Marsda bir milyondan çox əhalisi olan şəhərin salınacağına dair deiklərinə şübhə ilə yanaşırlar. Onlardan bəziləri, nə vaxtsa Marsa hər hansı bir insanın göndərilə biləcəyini, tərəddüdlə də olsa, istisna etməsələr də, Marsda hər hansı bir şəhərin salınmasına, sadəcə, inanmırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə