Cəmiyyətdə ailə institutunun möhkəmləndirilməsi və uşaqların sosial müdafiəsinin təmin edilməsi dövlətin əsas vəzifələrindən biridir. Hər bir uşağın sağlam böyüməsi, təhsil alması və layiqli şəraitdə yaşaması üçün valideynlərin bərabər məsuliyyət daşıması vacibdir. Lakin bəzi hallarda valideynlər birlikdə yaşamadıqları və ya nikah münasibətləri pozulduğu üçün uşağın saxlanması ilə bağlı vəzifələrin icrası çətinləşir. Belə vəziyyətlərdə uşağın maraqlarının qorunması məqsədilə qanunvericilikdə aliment anlayışı nəzərdə tutulur.
Aliment - uşağın gündəlik ehtiyaclarının ödənilməsi üçün valideynlərdən birinin digərinə mütəmadi şəkildə ödədiyi maddi yardımdır. Bu ödəniş uşağın sosial rifahını qorumağa, onun sağlam inkişafını təmin etməyə yönəlmişdir. Alimentin ödənilməsi və dayandırılması hallarına dair qaydalar Azərbaycan Respublikasının Ailə Məcəlləsində aydın şəkildə müəyyən olunmuşdur. Bəs, hansı hallarda aliment verilməyə bilər?
Məsələ ilə bağlı hüquqşünas Tural Həsənli SİA-ya açıqlamasında bildirib ki, yetkinlik yaşına çatmayan uşağa görə verilən aliment — uşağın saxlanması üçün valideynlərdən birinin digərinə məhkəmə qərarı və ya tərəflərin qarşılıqlı razılığı əsasında ödədiyi məbləğdir.
Onun sözlərinə görə, aliment uşağın yaşayış xərclərini, təhsil, sağlamlıq, geyim, qida və digər əsas ehtiyaclarını qarşılamaq məqsədi daşıyır: "Uşaq yetkinlik yaşına çatdıqda - yəni uşaq 18 yaşını tamam etdikdə, o artıq hüquq baxımından müstəqil hesab olunur və onun üçün aliment ödənilməsinə ehtiyac qalmır. Aliment verən şəxs vəfat etdikdə - yəni uşağa aliment ödəyən valideyn dünyasını dəyişərsə, aliment ödənişi avtomatik olaraq dayandırılır. Uşaq övladlığa götürüldükdə - əgər uşağı başqa şəxs və ya ailə övladlığa götürürsə, həmin andan etibarən bioloji valideynin aliment ödəmə öhdəliyi aradan qalxır, çünki övladlığa götürən şəxslər uşağın tam qanuni valideynləri hesab olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB