Türk dövlətlərinin regional metrologiya təşkilatının yaradılması gözlənilir
Gələcəkdə türk dövlətlərinin regional metrologiya təşkilatının yaradılması gözlənilir. SİA xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci İclasında deyib.
Baş katib bildirib ki, metrologiya təşkilatının yaradılması istiqamətində hazırlıq işləri gedir: “Türk Dövlətləri Təşkilatına üzv dövlətlər metrologiya təşkilatının nizamnaməsi ilə bağlı təkliflərini bölüşüblər və yaxın gələcəkdə onun imzalanması nəzərdə tutulur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB