...Hərbi Tibb Muzeyinin direktor müavini Dmitri Juravlev izah edib ki, Rusiya ordusu tez-tez yüksək tibb səviyyəsi və gigiyenaya diqqət yetirməsi sayəsində uğur qazanıb.
SİA-nın məlumatına görə, onun sözlərini “Moskovski Komsomolets” (MK) sitat gətirib.
Qəzetin jurnalistləri Paster Universitetindən Remi Barbierinin rəhbərlik etdiyi alimlərin araşdırmasına istinad edərək belə nəticəyə gəliblər ki, Napoleonun 1812-ci ildə məğlubiyyətinin əsas səbəbi infeksion xəstəliklər olub.
Fransadakı kütləvi məzarların DNT analizi zamanı paratif və residiv qızdırma izləri aşkarlanıb.
Hərbi Tibb Muzeyinin direktor müavini Dmitri Juravlev də həmkarları ilə razılaşıb. O, tarix boyu rus ordusunun uğurunun sirlərindən birini açıb.
Onun sözlərinə görə, Fransa xəstəxanaları zəif təşkil olunub və çox vaxt lazımi dərmanlar olmayıb.
Bu arada, rus qoşunları əsgərlərin məcburi tibbi müayinəsini və ciddi gigiyena tələblərini tətbiq edib.
Ekspert həmçinin hesab edir ki, Napoleonun komandirləri öz əsgərlərinin şərtlərinə məhəl qoymayıblar.
Dmitri Juravlev qeyd edib ki, 100 ildən çox keçəndən sonra Adolf Hitler və alman ordusu Napoleonun səhvini təkrarlayıb. 19-cu əsrdə rus ordusu tərəfindən qoyulmuş tibb, gigiyena və nizam-intizam prinsipləri Böyük Vətən Müharibəsi illərində uğurla tətbiq edilib.
Bu, Qırmızı Orduya müharibə zamanı böyük epidemiyalardan qaçmağa imkan verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə