İnternet istifadəçiləri hadisə yerindən görüntülər paylaşıblar. Onlar bildiriblər ki, damın çökməsi “tələskən şəlaləni” xatırladır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Çində təxminən 650 il əvvəl tikilmiş tarixi Fenyan zəng qülləsinin damı uçub.
Min Dynasty qalası, həmçinin Min Çjundu zəng qülləsi adlanır, Fenyan qraflığında yerləşir.
1375-ci ildə tikilib və Çinin mədəni irs siyahısına daxil edilib. Hadisə yerindən görüntüləri internet istifadəçiləri paylaşaraq damın çökməsinin “şəlalənin sürətli axınına” bənzədiyini qeyd ediblər.
Tələfat və zərərçəkən olmayıb.
Qeyd olunur ki, ötən il hakimiyyət qüllənin əsaslı təmirinə 3,41 milyon yuan (təxminən 470 min dollar) xərcləyib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə