Yer kürəsində həyatın sonunun dəqiq tarixi və səbəbi açıqlanıb...

...NASA və Tokio Universitetinin mütəxəssislərinin birgə tədqiqatları Yer kürəsində həyatın yoxa çıxma anını dəqiq proqnozlaşdırmağa və gələcək üçün ssenarilər təqdim etməyə imkan verib.

SİA-nın məlumatına görə, Nature Geoscience jurnalında təqdim olunan işin nəticələri kompüter modelləşdirməsinə əsaslanır.

Alınan məlumatlara görə, Yer kürəsinin biosferi 1 000 002 021 ildən sonra öz mövcudluğunu dayandıracaq.

Əsas amil Günəşin aktivliyinin artması və müvafiq olaraq radiasiya səviyyəsinin artması olacaq.

Bu, günəş nüvəsindəki hidrogen ehtiyatlarını tükəndirəcək. İki mümkün ssenari var: ya Yer Günəş tərəfindən udulacaq, ya da o qədər qızacaq ki, bütün su buxarlanaraq həyatı qeyri-mümkün edəcək.

Mümkündür ki, Yerin orbiti dəyişəcək, lakin Günəşin cazibə qüvvəsi onu ilkin yerinə qaytaracaq. Nəhayət, Günəş ağ cırtdana çevriləcək. Alimlər hesab edirlər ki, bəşəriyyətin ya digər planetləri koloniyalaşdırmaq, ya da iqlimi dəyişmək və fəlakətin qarşısını almaq üçün texnologiyalar yaratmaq üçün kifayət qədər vaxtı var.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə