...Mətbuatda dərc olunan məlumatlara görə, Soçi çimərlikləri populyar olmasına baxmayaraq, çirkab sutəmizləyici qurğuların səmərəsiz işləməsi, zibilin “bolluğu” və istirahət edənlərin sıxlığı səbəbindən turistlərin sağlamlığı üçün ciddi təhlükə yaradır.
Bu amillər sahil sularında rotavirus infeksiyasının yayılması üçün ideal şərait yaradır.
SİA-nın məlumatına görə, Regional Rospotrebnadzor ötən ilin ilk 7 ayı ərzində Soçidə 900-dən çox rotavirus infeksiyası qeydə alıb.
…Misirin ən çox ziyarət edilən kurortlarından biri olan Hurqada da turistlər üçün riski yüksək olan yerlər siyahısına daxil edilib. YorkTest araşdırması göstərir ki, Hurqada ən çox qida zəhərlənmələri qeydə alınıb.
…Təhlükəli yerlər siyahısına Zambiyadakı Viktoriya şəlaləsinin kənarında yerləşən İblis hovuzu da daxildir. Quru mövsümdə bu təbii hövzədə üzgüçülük ölüm təhlükəsi ilə əlaqələndirilir, buna görə də ekskursiyalar icbari sığorta ilə həyata keçirilir.
…İndoneziyadakı Merapi dağı vulkanik fəaliyyətinə görə təhlükəlidir. Püskürmələr hər 7-10 ildən bir baş verir. 2023-cü ilin dekabrında xilasedicilər yanıq və xəsarət almış 49 alpinisti təxliyə ediblər, 12 nəfər itkin düşüb, 11 nəfər həlak olub.
… SİA-nın dünən də xəbər verdiyi kimi, Boliviyanın “ölüm yolu” həyat üçün təhlükə yaratmağa davam edir. 2007-ci ilə qədər bu, iki şəhəri birləşdirən yeganə yol olub, çoxlu sayda avtomobil və avtobusların uçuruma yuvarlanmasına səbəb olub. İndi təhlükəsiz alternativ yol olsa da, “ölüm yolu” velosipedçilər üçün məşhur cazibə olaraq qalır və təəssüf ki, qəzalar davam edir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə