1980-ci il istehsalı olan “Zaporojets” 1,1 milyon rubla satılır…

Yekaterinburqda təyinatı üzrə istifadə olunmayan və 44 il qarajda dayanan ZAZ-968M “Zaporojets” satılır.

SİA-nın məlumatına görə, satışa çıxarılan 1980-ci il model avtomobilin minimum yürüşü cəmi 803 kilometrdir.

Maşın satılmazdan əvvəl hərtərəfli hazırlanıb.

Onun vəziyyəti satıcı tərəfindən “muzey keyfiyyəti” kimi qiymətləndirilir.

…klaxonnew.ru portalı yazıb ki, bu nümunənin istənilən kolleksiyaya dəyərli əlavə olacağı vurğulanır.

Avtomobil 40 at gücünə malik 1,2 litrlik mühərrik və mexaniki transmissiya ilə təchiz edilib.

Nadir avtomobilin qiyməti 1,1 milyon rubl təşkil edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə