…Yonas Şarzer-in qalıqları hələ də müəyyən edilməyib. Bunun arxasında kimin dayandığı sualı cavabsız qalır. Ola bilsin ki, onlar muzeydədirlər və ya tamamilə itiblər.
SİA-nın əldə etdiyi məlumata görə, Heydelberq Universitetinin arxivində skeletlər kolleksiyası arasından 19-cu əsrin əvvəllərində yaşamış cinayətkarın qalıqları tapılıb. Müasir tədqiqat metodları, o cümlədən DNT analizi sayəsində alimlər bu adamın kimliyini müəyyən edə biliblər.
Tədqiqat zamanı mütəxəssislər bütün elmi metodlardan istifadə ediblər: izotop analizindən tutmuş radioloji tədqiqatlara qədər.
Cinayət törətməkdə şübhəli bilinən şəxslərin həyatlarına dair məlumatları özündə əks etdirən tarixi sənədlər şəxsiyyətin müəyyən edilməsində mühüm rol oynayıb.
Skeletin tədqiqi cinayətkarlardan birinin tərcümeyi-halının bir hissəsini yenidən qurmağa imkan verib.
Sümüklərdə iki ciddi zədənin xarakterik əlamətləri olub: döyüşdə sınmış qol və ayağın zədələnməsi…
Hər iki cinayətkarın 19-cu əsrin əvvəllərində başları kəsilərək edam edildiyini tarixi sübutlar təsdiqləyir.
Bu araşdırma, müasir elmi metodların tarixi məlumatlarla birləşərək, tarixdə əbədi olaraq itirilən keçmişin sirlərini necə ortaya çıxara biləcəyini nümayiş etdirir.
SİA-nın əlavəsi: Yonas Şarzer 1779-cu ildə Almaniyada cəllad və qəssab ailəsində anadan olan Yoxannes Büklerin ləqəbidir. O, ən azı 211 cinayətdə, o cümlədən oğurluq, hədə-qorxu ilə tələb etmə və soyğunçuluq, həmçinin mümkün qətldə iştirak edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə