…Yazın gəlişi ilə qış yuxusundan ayılan rus ayıları yaman fəallaşıblar.
Başqırdıstanda ayı kişiyə hücum edib.
SİA-nın məlumatına görə, amma kişi sağ qalmağı bacarıb. Deyilənlərə görə, hadisə Burzyanski rayonunda baş verib. Belə ki, Novoumano kəndinin sakini ağcaqayın şirəsi toplamaq üçün meşəyə gedib.
Və orada ayı ona hücum edib.
“Maş Bataş” yazıb ki, kəndli yırtıcı ilə mübarizə apara bilib və hazırda xəstəxanadadır. Onun vəziyyəti stabil-ağır qiymətləndirilir.
Bundan əvvəl Başqırdıstanın Baymakski rayonunda ayı 62 yaşlı sakinə hücum edib. Zərərçəkmiş çoxsaylı kəsiklər, sınıqlar və travmatik şok alıb. Həkimlər onun həyatı üçün mübarizə aparırlar.
…Saxalində ayı yol kənarında dayanmış avtomobilə hücum edib. Yırtıcı avtomobilin şüşə silənini dişləyib.
…Kaluqa vilayətində ayı itlərini gəzdirən pensiyaçıya hücum edib və kişini öldürüb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə