…Reyçel Kaur Malayziyanın Penanq əyalətində yaşayır və AirAsia-nın Kaula Lumpurdakı ofisində işləyir.
Qadın deyir ki, hər iş günü işə getmək, daha sonra evə oğlu və qızına qayıtmaq üçün 40 dəqiqəlik uçuşa gedir.
SİA-nın məlumatına görə, qadın səhər saat 4-də oyanır, duş qəbul edir, geyinir və səhər 5-də evdən çıxır. O, 5:55 uçuşunu tutmağa tələsir və təxminən 8:00-da işə çatır.
Reyçel qeyri-adi iş rejimini onunla izah edir ki, Malayziyanın paytaxtında mənzil kirayələmək gündəlik hava səyahətindən daha bahadır: ayda 223 dollara qarşı 300 dollar.
Qadın aydınlaşdırıb ki, aviaşirkətdə işləmək ona köçürmələrdə endirim etmir.
"Bu cədvəl mənə hər gün evə gəlməyə, axşamlar uşaqlarımı görməyə və onlara ev tapşırıqlarında kömək etməyə imkan verir".
Reyçel Kaur deyir bunu.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə