Mütəxəssis uzunömürlülüyün 12 amilini sadalayıb

…Və bu arada həkim yox, texnika elmləri doktoru Yuri Quşço ömür uzunluğuna təsir edən 12 amili sadalayıb.

İlk növbədə nə yediyinizə diqqət etməlisiniz.

Təmiz hava və su da vacibdir.

SİA-nın məlumatına görə, ekspert deyib ki, siyahıda növbəti yer psixi sağlamlıq və aktiv həyat tərzidir.

…Gündə ən azı bir və ya iki saat fiziki məşqlərə vaxt ayırın. Fiziki fəaliyyəti heç nə ilə əvəz etmək olmaz.

…Onun sözlərinə görə, orta ömür uzunluğuna təhsil, irsiyyət, ekologiya, tibbi xidmətin mövcudluğu və pis vərdişlər də təsir edir.

Bundan əvvəl ötən ilin oktyabrında 108 yaşını qeyd edən britaniyalı qadın Edna Uolmsli uzunömürlülüyünün sirrini açıqlamışdı.

…Heç vaxt ac qalmadım. Anam ləzzətli yeməklər bişirirdi. Yeməyi çox sevirdim.

Bunu uzunömürlü vurğulamışdı.

O, həm də çox oxuyur və krossvordlar edirdi. Yaşlı britaniyalı qadının hazırda qaldığı qocalar evinin işçiləri, həmən xanımı heç vaxt əli fincansız görməyiblər.

…Yəni bizlərdə deyildiyi kimi, xanım “canına korluq verməyənlərdənmiş”.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə