Biləsuvarın Əsgərabad kəndində Heydər Əliyev adına park salınıb
Biləsuvar rayonunun Əsgərabad kəndində Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar Heydər Əliyev adına park salınıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama uyğun olaraq Biləsuvar rayonunda da bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir.
Görülən işlərin tərkib hissəsi olaraq Biləsuvar Rayon İcra Hakimiyyətinin və Əsgərabad bələdiyyəsinin təşkilatçılığı ilə Ulu Öndər
Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Biləsuvar rayonunun Əsgərabad kəndində Heydər Əliyev adına park salınıb.
Parkda əvvəlcə torpaq hissəsinin hamarlanması işləri aparılıb, ağacların mühafizəsi məqsədilə hasarlar çəkilib.
Tədbir iştirakçıları parkda 200 ədəddən çox şam və xan çinarı ağacları əkiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB