"Heydər Əliyev ili"nə həsr olunmuş tədbirlər davam edir - FOTOLAR

YAP İmişli rayon təşkilatının “Hidroqovşaq” ərazi partiya təşkilatında “Heydər Əliyev ili”nə həsr olunan “Heydər Əliyev ideyalarının Azərbaycanın meliorasiya və su təsərrüfatının uğurlu inkişafında misilsiz rolu” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, əməkdaşlar və fəal partiya üzvləri iştirak ediblər.

İlk öncə Ümummilli lider Heydər Əliyevin, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın və Türkiyədə zəlzələ nəticəsində həyatını itirən minlərlə insanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndər müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətdir. "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış ulu öndər Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.

Çıxış edən “Hidroqovşaq” ərazi partiya təşkilatının sədri Cəlil Əliyev qeyd edib ki, müasir meliorasiya və irriqasiyanın əsas inkişafı ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Həmin illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməyi ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.

Digər çıxış edənlər vurğulayıblar ki, Heydər Əliyev Azərbaycan xalqının böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan xilaskarlıq, sabitlik və inkişaf missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyət, Azərbaycanda dövlət müstəqilliyinin banisidir. Hal-hazırda H.Əliyevin davamçısı olan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımız Qafqazda lider ölkə olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə