"Gender problemləri ilə bağlı mühüm layihələr həyata keçirilib" - OMBUDSMAN AÇIQLADI

"Azərbaycan qadını tariximizin bütün dönəmlərində cəmiyyətin dayağı olub. Bugünkü gündə də qadınlar vətənin inkişafına böyük töhfə verirlər. Bu bir faktdır ki, ölkədə gender siyasətinin əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan qadınının fəallığı ilə fərqləndiyi mərhələ başlandı. Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı mühüm işlər görüldü". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Heydər Əliyev və gender siyasəti: milli qanunvericilik əsas prioritetlər kontekstində" mövzusunda keçirilən tədbirdə söyləyib.

O bildirib ki, Azərbaycanda həyata keçirilən qadın siyasəti sayəsində qadınların idarəetməyə cəlb olunmasına xüsusi diqqət yetirilir: "Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi mühüm fəaliyyət xüsusi vurğulanmalıdır. Onun rəhbərliyi ilə gender problemlərinin aradan qaldırılması məsələsi ilə bağlı layihələr həyata keçirilib. Qadın hüquqlarının pozulması məsələləri ilə bağlı bir çox hallarda zəruri tədbirlər görülüb və məsələnin həlli yolunda mühüm addımlar atılıb".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə