Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi yüksəkixtisaslı, təcrübəli, xarici ölkələrdə təlim kursları keçmiş həkim heyəti ilə 7/24 saat xəstələrə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac varsa tibbi təxliyyəni təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir. Təcili Tibbi Yardım şöbəsinin yüksəkixtisaslı tibb heyətinin vaxtında göstərdiyi ilk tibbi yardım minlərlə xəstənin sağalmasında mühüm rol oynayıb.
Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin təcili yardım maşınları ən müasir portativ tibbi avadanlıqla təchiz olunub. Bu da diaqnostik-müalicəvi prosedurların tez və keyfiyyətlə aparılmasına, xəstələrin daşınması zamanı monitorinq və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Həmçinin, pediatrik briqada yeni doğulmuş körpələrin xüsusi kuvezlə daşınmasını, evdən laborator analizlərin götürülməsini, evdə və iş yerlərində ekspres-testlərin aparılmasını həyata keçirir. Təcili yardım maşınlarının təchiz olunduğu tibbi avadanlıqlar və ləvazimatlar istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir: pasiyent xəstəxanaya aparılarkən yolda müalicə almağa başlayır.
Bəzən bir insan həyatı ona göstərilən ilk tibbi yardımdan asılı olur. Lazımi yerə vaxtında çatmaq, zərərçəkənə ilk yardımı düzgün göstərmək, bu şöbənin tibb personalının fədakar əməyini, məsuliyyətini, var qüvvələri ilə çalışmalarını nümayiş etdirir. Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin yüksəkixtisaslı tibbi briqadası istənilən çağırış ünvanına ən qısa müddətdə çataraq yüksək peşəkarlıqla tibbi xidmət göstərir. Təcili Tibbi Yardım şöbəsinin tibb personalı çağırış ünvanında portativ aparatlarla EKQ və laborator müayinələri həyata keçirir.
Mərkəzi Gömrük Hospitalının zəngin iş təcrübəsinə malik Təcili Tibbi Yardım şöbəsinin peşəkar tibbi personal: Təcili Tibbi Yardım şöbəsinin rəisi, təcili yardım həkimi Fizuli Abışov, təcili tibbi yardım həkimləri – Nərgiz Kərimova, Tofik Bayramov, Cavad Cabbarov, Bəylər İmanov, Leyla Fətullayeva, Ceyhun Əliyev, Fatimə Əhmədova, Ramil Abdullayev, böyük tibb bacısı Təhminə Sultanova, tibb bacıları – Sevda Abdullayeva, İradə Quliyeva, Cəbiyeva Vüsalə, Sevda Hüseynova, Olqa Xasayeva, Könül Kərimova, tibb qardaşı Vüsal Şahverdiyev, Ramil Abdullayev, Samir Əzizov və kiçik tibb işçiləri Adil Behbudov, Rasim Əhmədov və Eldar Hüseynov komanda olaraq daim xəstələrə zamanında ilk tibbi yardım göstərir.
Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsi 7/24 reyimində, ilin 365 günü işləyərək təcili və təxirəsalınmaz tibbi yardım göstərməyə hər zaman hazırdır. Ağır vəziyyətdə olan xəstənin düzgün qiymətləndirilməsi, lazımi şöbəyə operativ yönləndirilməsi və həkim komandasının işinin koordinasiyası bəzən həyatla ölüm arasındakı fərqi müəyyən edir.Təcili tibbi yardımın çağırış nömrəsi 905-dir.
Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım xidmətində çalışan bütün tibb heyətini 12 sentyabr Ümumdünya İlk Tibbi Yardım Günü münasibətilə təbrik edir, onlara bu çətin, məsul və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB