Xəstə Xidmətləri və Sığorta şöbələri üçün Təlimat Kitabının təqdimatına həsr olunmuş seminar keçirilib

Xəstə Xidmətləri və Sığorta şöbələri üçün Təlimat Kitabının təqdimatına həsr olunmuş seminar keçirilib

29 iyul 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında “Xəstə Xidmətləri və Sığorta şöbələri üçün Təlimat Kitabı”nın təqdimatına həsr olunmuş seminar keçirilib. Seminarda Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Xəstə Xidmətləri və Sığorta şöbələrinin rəisləri və əməkdaşları, tibb bacıları və həkim-rezidentlər iştirak ediblər.
Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova çıxışında qeyd edib ki, əməkdaşların vahid korporativ təqdimat standartları üzrə bilik və bacarıqlarının artırılması, pasiyentlərə və tərəfdaş qurumlara göstərilən xidmətlərin daha peşəkar şəkildə təqdim olunması, eləcə də effektiv kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi hospitalın əsas fəaliyyət prioritetlərindəndir. Bu məqsədlə hazırlanmış Təlimat Kitabında hospitalın fəaliyyət istiqamətləri, göstərilən tibbi xidmətlərin növləri, sığorta imkanları, pasiyentlərlə ünsiyyət prinsipləri və xidmət standartları sistemli şəkildə təqdim olunub. Rəis müavini Nahidə Mahmudova kitabın əməkdaşların gündəlik fəaliyyətində etibarlı istinad mənbəyi kimi istifadə ediləcəyinə, vahid xidmət yanaşmasının formalaşdırılmasına, peşəkar ünsiyyət mədəniyyətinin gücləndirilməsinə və pasiyentyönümlü xidmət modelinin daha da təkmilləşdirilməsinə xidmət edəcəyini qeyd edib.
Seminar çərçivəsində Nahidə Mahmudova təqdimat kitabının əsas bölmələri, onun praktiki tətbiq mexanizmlərini və gündəlik iş prosesində istifadəsi qaydalarını, eləcə də pasiyentlərin qarşılanması və məlumatlandırılması, etik davranış prinsipləri, effektiv kommunikasiya, müraciətlərin operativ və düzgün idarə olunması, sığorta xidmətlərinin aydın və şəffaf şəkildə izah edilməsi, eləcə də xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi ilə bağlı mühüm məqamlar barədə ətraflı məlumat verib. Seminar iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında fikir mübadiləsinin aparılması ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə