Dənizə yaxın evlər sağlamlığa necə təsir edir? - HƏKİM AÇIQLADI

Dənizə yaxın evlər sağlamlığa necə təsir edir? - HƏKİM AÇIQLADI

Yay mövsümündə minlərlə insan istirahət üçün dəniz sahillərinə üz tutur. Dəniz kənarında vaxt keçirmək təkcə istirahət deyil, həm də sağlamlığa müsbət təsir göstərən təbii amillərdən biri hesab olunur. Mütəxəssislərin fikrincə, dəniz havası və dəniz mühitinin xüsusiyyətləri xüsusilə tənəffüs sistemi və bəzi dəri xəstəliklərindən əziyyət çəkən insanlar üçün faydalı ola bilər.

Bu barədə SİA-ya hepatoloq Sevinc Abasova danışıb.

O bildirib ki, dəniz kənarında vaxt keçirmək sağlamlığa müsbət təsir göstərir. Bunun əsas səbəblərindən biri dəniz havasının faydalı xüsusiyyətləridir. Dəniz suyunun tərkibi müxtəlif minerallar və mikroelementlərlə zəngindir. Bu maddələrin bir hissəsi hava vasitəsilə ətrafa yayılır və insan orqanizminə müsbət təsir göstərir:

“Xüsusilə xroniki bronxit, xroniki ağciyər xəstəlikləri və bəzi dəri problemlərindən əziyyət çəkən insanlar üçün dəniz havası faydalı hesab olunur. Təmiz hava, dəniz mühiti və sahildə aktiv istirahət tənəffüs sisteminin fəaliyyətinə müsbət təsir göstərməklə yanaşı, ümumi sağlamlıq vəziyyətinin yaxşılaşmasına da kömək edə bilər.

Qeyd etmək lazımdır ki, dəniz havası xəstəliklərin müalicəsini əvəz etmir, lakin həkim tövsiyələri ilə yanaşı, sağlam həyat tərzinin bir hissəsi kimi faydalı ola bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə