Biləsuvar Gömrük Postunun əməkdaşı Rübabə Əlizadənin təşəkkür məktubunu Sizə təqdim edirik.

Biləsuvar Gömrük Postunun əməkdaşı Rübabə Əlizadənin təşəkkür məktubunu Sizə təqdim edirik.

Bu gün həyatımın ən xoşbəxt və ən unudulmaz günlərindən biridir. Böyük sevinc hissi ilə bildirirəm ki, ikinci övladım Mərkəzi Gömrük Hospitalında dünyaya göz açıb.
Bu gözəl anlarda mənə göstərilən yüksək peşəkarlıq, qayğıkeş münasibət və diqqətə görə Mərkəzi Gömrük Hospitalının bütün kollektivinə sonsuz minnətdarlığımı bildirirəm. Hamiləlik dövründən doğuş anına və sonrakı müddətə qədər mənə göstərilən tibbi xidmət yüksək səviyyədə təşkil olunub. Burada yaradılmış müasir şərait, peşəkar həkim heyəti və pasiyentə göstərilən xüsusi qayğı özümü hər zaman etibarlı əllərdə hiss etməyimə səbəb oldu.
Xüsusilə yaradılan bu müasir imkanlara görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayevə, mama-ginekoloq Təranə Bayramovaya, eləcə də bu sevinci mənimlə bölüşən bütün həkimlərə, tibb bacılarına və tibbi personala dərin təşəkkürümü bildirirəm..
Əminliklə deyə bilərəm ki, Mərkəzi Gömrük Hospitalında çalışan həkimlərin peşəkarlığı, insanlara göstərdikləri qayğı və məsuliyyət hər bir pasiyent üçün böyük güvən mənbəyidir.
Bu əlamətdar gündə sevincimizi bizimlə bölüşən hər kəsə təşəkkür edir, Mərkəzi Gömrük Hospitalının bütün kollektivinə gələcək fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayıram.
Hörmətlə,
Biləsuvar Gömrük Postunun əməkdaşı Rübabə Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə