Xəstənin sevinci

Son illər Azərbaycanda səhiyyə, təhsil, idman sahəsində çox böyük işlər görülüb, inkişaf göz qabağındadır. Bütün xəstəliklərin şəfası Azərbaycandadır sözünü heç çəkinmədən söyləyə bilərik. Ölkəmizdə bilikli, savadlı həkimlər az deyil.

...Həyat yoldaşım 50 il Xətai rayonundakı Milli Qəhrəmanı Rövşən Əliyev adına tam orta məktəbdə Azərbaycan dili, ədəbiyyat müəllimi işləyib. İştədiyi müddətdə saysız-hesabsız şagirdə dərs deyib. 65-yaşı tamam olan vaxt pensiyaya çıxıb. 23 seçki məntəqəsinin sədri olub, YAP-ın üzvüdür.

Təqaüdə çıxandan sonra, Atalar demişkən, dərd üstünə dərd gəldi.

Haşiyə: 70-ci illərdə professor Qulu Xəlilovun "Yaşamaq istyirəm" adlı kitabı çap olunmuşdu. Butün tələbələr həmin kitabı çətinliklərlə əldə edib oxuyurdular. Kitabı oxuyan tələbələr göz yaşını saxlaya bilmirdilər.

Həyat yoldaşım Güllər Əliağa qızı Məmmədova əslən Bakının Buzovna qəsəbəsindəndir. Vətənini, xalqını, dövlətini sevən müəllim olub. 4 dəfə cərrahi əməliyyat keçirib. Sonuncu əməliyyat 6 iyul 2026-cı ildə DTX-nın Hospitalında Travmatoloq-ortoped həkim İlkin Əlizadə tərəfindən həyata keçirilib. Halbuki, Güllər Məmmədova 2023-cü il aprel ayının 25-dən indiyə kimi dizindən əziyyət çəkirdi. Tale elə gətirdi ki, 2-ci əməliyyat DTX-nın həkimi İlkin Əlizadəyə həvalə edildi.

İlkin həkimlə görüşərkən dedi: "Həkim xəstə ilə elə davranmalıdır ki, xəstə özünü xəstə hesab etməsin". Nə isə xəstəmiz cərrahi əməliyyata girib əməliyyatdan sağ-salamat çıxdı. Bir neçə gün xəstxanada qaldıqdan sonra indi ev şəraitində müalicə alır. Həkim İlkin Əlizadəyə nə vaxt zəng vursaq, dərhal cavab verir. Mənə sual versələr ki, hansı əməliyyatdan razı qalmısınız, çəkinmədən baş beyin cərrahı Pərvin həkim və travmatoloq-ortoped İlkin Əlizadənin adını çəkərəm. Məlumdur ki, xəstəliklərdən əziyyət çəkənlər müalicə üçün üz tuturlar xarici dövlətlərə. Halbuki, doğma Azərbaycanımızda peşəkar həkimlər kifayət qədərdir. Sadəcə onlara inanmaq lazımdır.

Biz ailəlikcə İlkin Əlizadəyə öz təşəkkürümüzü bildiririk. Güllər müəllimənin balaları, nəvələri analarının, nənələrinin ayağa qalxmasına sevinir, ona bu şəfanı verdiyinə görə həkimlərə minnətdarlıq edirlər. İlkin həkim, əliniz var olsun!

Məmmədhəsən Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə