Dr.Günay Əhmədova Azərbaycan Radioloqlar Cəmiyyətinin IV Tədris Konfransında məruzə ilə çıxış edib
Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin sonoloqu Günay Əhmədova 19 iyul 2026-cı il tarixində Azərbaycan Radioloqlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən IV Tədris Konfransında “Uşaqlarda pilorostenoz və invaginasiyanın aşkarlanmasında ultrasəs müayinəsinin rolu” mövzusunda elmi məruzə ilə çıxış edib.
Günay həkim təqdimatında uşaqlarda təcili diaqnostika tələb edən pilorostenoz və invaginasiya hallarının ultrasəs müayinəsi vasitəsilə erkən aşkarlanmasının əhəmiyyəti, diaqnostik meyarlar, klinik yanaşmalar və praktik təcrübələr iştirakçıların diqqətinə çatdırılıb. Mövzu ətrafında aparılan müzakirələr zamanı müasir radioloji yanaşmalar və klinik təcrübələr barədə fikir mübadiləsi aparılıb.
Mərkəzi Gömrük Hospitalı əməkdaşlarının beynəlxalq və yerli elmi tədbirlərdə fəal iştirakı onların peşəkar bilik və bacarıqlarının inkişafını dəstəkləyir, eyni zamanda ölkədə səhiyyə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB