Bakıda ilk dəfə təcili tibbi yardım üçün motosikletlər xidmətə başlayır. Təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda vətəndaşlara daha çevik ilkin tibbi yardımın göstərilməsi məqsədilə yeni "AmbuCycle" xidmət modelinin tətbiqinə başlanılıb. Bəs, bu addım effektiv olacaqmı?
Məsələ ilə bağlı professor Adil Qeybulla SİA-ya açıqlamasında bildirib ki, Bakıda tıxacları nəzərə alsaq, müvəqqəti tədbir kimi pis deyil:
"Amma məncə, bunun uzunmüddətli perspektivi yoxdur. Çünki biz bütövlükdə təcili tibbi yardım sistemini dəyişməliyik, qərb təbabətinin standartlarını tətbiq etməliyik. Məsələn, kiminsə başı və ya qarnı ağrıyır, dərhal təcili yardım çağırılır. Təcili yardım isə tıxac səbəbindən vaxtında hadisə yerinə çata bilmir. Buna görə də belə bir model tətbiq olunur.
Əslində isə bu kimi yüngül şikayətləri ailə həkimləri həll etməlidirlər. Lakin ailə həkimi institutu tam formalaşmadığına, sahə həkimləri sistemi isə demək olar ki, ləğv edildiyinə görə boşluq yaranıb. Mən düşünürəm ki, təcili tibbi yardımın strukturu və infrastrukturu tamamilə yenilənməlidir.
Burada xüsusi hazırlıq keçmiş işçilər olmalıdır. Onlar xəstələrə ən ekstremal vəziyyətlərdə həkim gələnədək ilkin tibbi yardım göstərə bilməlidirlər. Dünyada bu sistem helikopter və digər xidmətlərlə inteqrasiya olunub və “xəstədən xəstəxanaya” prinsipi ilə işləyir.
Amma bizdə təcili yardım hələ də sovet dövründən qalma “xəstəxanadan xəstəyə” prinsipi ilə fəaliyyət göstərir. Bu sistemi dəyişmək əvəzinə, Azərbaycan şəraitinə uyğun yeni bir tədbir düşünülür. Motosiklet hadisə yerinə çatdı və gördü ki, xəstə infarkt və ya insult keçirir. Onu motosikletlə aparmaq mümkün deyil. Bunların hamısı əvvəlcədən düşünülməlidir. Burada insan taleyindən söhbət gedir. Məsələ elə həll olunmalıdır ki, nəticəsi olsun və insanlar bundan fayda görə bilsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB