“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının uşaqları və əməkdaşları üçün tibbi müayinələr keçirilib
7 iyul 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində Assosiasiyanın bir qrup uşağı və əməkdaşları üçün tibbi müayinələr keçirilib.
Tədbirin rəsmi açılış mərasimində Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev, baş həkimin müavini Nahidə Mahmudova, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, xəstəxananın həkimləri, "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının Milli direktoru Rəşad Hüseynov, Assosiasiyanın həkimi Anjela Əliyeva, analar və uşaqlar iştirak ediblər.
"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində uşaqlar və əməkdaşlar kardioloji, oftalmoloji, otorinolarinqoloji və digər ixtisaslar üzrə tibbi müayinələrdən keçiblər. Müayinələrin nəticələrinə əsasən onlara müvafiq müalicə təyin edilib, görmə zəifliyi aşkarlanan uşaqlar isə eynəklə təmin olunublar. Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalı ilə "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən Assosiasiyanın sakinləri üçün mütəmadi olaraq sosial layihələr və tibbi aksiyalar həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə



USD
EUR
GBP
RUB