Səhiyyə Nazirliyi "Böyük Qayıdış" çərçivəsində Xankəndidə müayinələr təşkil edib

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış” Proqramı çərçivəsində oktyabrın 10-da Xankəndi şəhərində sağlamlıq aksiyası təşkil edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın başçılığı ilə institutun bir qrup həkim briqadası, o cümlədən pulmonoloq, ftiziatr, kardioloq tərəfindən yerli əhali üçün ətraflı müayinələr aparılıb.

Qarabağ bölgəsində mütəmadi baş tutan belə aksiyalar müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi məqsədilə keçirilir. Eyni zamanda, bu tədbirlər çərçivəsində əhalinin tibbi bilik və məlumatlarının artırılması məqsədilə sağlam həyat tərzi mövzusunda maarifləndirici aksiyalar da təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə