Mövsümi qriplərə yoluxmamaq üçün nə etmək lazımdır? - HƏKİM AÇIQLADI

“Fəsildən asılı olmayaraq, ilboyu müxtəlif yoluxucu xəstəliklərə rast gəlinir”. Bu sözləri SİA-ya açıqlamasında terapevt Aynur Rzayeva deyib.

Onun sözlərinə görə, hazırda əhali arasında arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, baş və əzələ ağrıları, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri olan öskürək, boğaz ağrısı, burun axması və ya tutulması kimi, bəzən isə ürəkbulanma, qusma, qarın işləməsi kimi hallar müşahidə edilir:

”Bunlara səbəb əsasən müxtəlif virus və bakterial infeksiyalardır. Qeyd edək ki, hər il isti aylarda kəskin respirator virus infeksiyalarından paraqrip, adenovirus infeksiyaları mühitdə dövr etdiyindən, hazırda da bu tip xəstəliklər qeydə alınır. Bu infeksiyalar əsasən yüngül və fəsadsız keçir. Özümüzü qorumaq üçün xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan çəkinməli, gigiyena qaydalarına əməl etməliyik. Unutmayaq ki, yay aylarında rast gəlinən günvurmanın əlamətləri də bu xəstəliklərlə oxşar ola bilər. Yuxarıda qeyd edilən əlamətləri özündə hiss edən insanlara vaxtında həkimə müraciət etmək tövsiyə olunur”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə