DGK-nın komandası intellektual bilik yarışında 1-ci yerə layiq görüldü

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Ümummilli Lider Heydər Əliyev – müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda 26 dövlət qurumunun iştirakı ilə təşkil olunan intellektual bilik yarışında Dövlət Gömrük Komitəsinin komandası I yerə layiq görülüb. SİA xəbər verir ki, komandanın kapitanı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, üzvlərindən biri isə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Azad Əhmədov olub. Bu möhtəşəm nailiyyət münasibətilə Dövlət Gömrük Komitəsinin komandasının bütün üzvlərini səmimi-qəlbdən təbrik edir, onlara gələcək bilik yarışlarında da uğurlar, qətiyyət və yüksək nəticələr arzulayırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə