Gec nahar səhər şəkər səviyyəsinin yüksəlməsinə səbəb olur...

İspan alimləri qan şəkərinin səviyyəsini aşağı salmaq üçün ideal nahar vaxtını müəyyən ediblər...

...SİA-nın məlumatına görə, Diaz-Rizzolo vurğulayıb ki, diabetdən əziyyət çəkən insanlar üçün pəhriz tövsiyələri karbohidratların miqdarını və yemək vaxtını nəzərə almalıdır. İnsulin həssaslığı və fərdi xronotip də mühüm rol oynayır.

Kataloniya Universitetinin tədqiqatçılarının fikrincə, günün son yeməyi qanda qlükoza səviyyəsinin tənzimlənməsində həlledici rol oynaya bilər ki, bu da diabetdən əziyyət çəkən insanlar üçün vacibdir.

Onların işi Nutrients jurnalında dərc olunub.

Tədqiqatçılar 50-75 yaşlı prediyabeti olan 33 nəfər kişi və qadınların məlumatlarını öyrəniblər. Onlar bütün günü nəzarət edilən pəhrizlə keçirdilər, sonra isə mütəxəssislər səhər yeməyindən 10 saat sonra qanda şəkərin səviyyəsini ölçüblər. Bundan əlavə, iştirakçılar davamlı qlükoza monitorinq cihazları taxıblar.

Nəticələr göstərib ki, axşam yeməyi nə qədər gec və karbohidratla zəngin yemək yeyilsə, səhər qan şəkəri səviyyəsi bir o qədər yüksəkdir.

İnsulin həssaslığı və fərdi xronotip həlledici rol oynayır. Tədqiqatın müəllifi Diana Diaz-Rizzolo vurğulayıb ki, diabetdən əziyyət çəkən insanlar üçün pəhriz tövsiyələri karbohidrat qəbulunu və yemək vaxtını, həmçinin fərdi bədən xüsusiyyətlərini nəzərə almalıdır.

Bu, diabetin inkişafının qarşısını almağa kömək edəcək...

Alimlər qeyd ediblər ki, qlükoza sensorları, mobil proqramlar və süni intellekt alqoritmləri metabolik monitorinqi fərdiləşdirmək, pəhriz və terapiyanı dəqiq tənzimləmək üçün imkanlar təklif edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə