Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsində nadir rekonstruktiv əməliyyat icra olunub

Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin rəisi, yüksəkixtisaslı uzman uşaq cərrahı Dr. Vüsal Cəfərov 4 yaşlı pasiyent üzərində uğurlu əməliyyat həyata keçirib. Əməliyyat zamanı uşağın cinsiyyət orqanına flert üsulu ilə dəri köçürülməsi icra olunub.
Dr. Vüsal Cəfərov bildirib ki, bu tip əməliyyatlar yüksək dəqiqlik, təcrübə və xüsusi cərrahi texnika tələb edir. Əməliyyatın məqsədi uşağın gələcəkdə normal funksional inkişafını təmin etmək, estetik və tibbi baxımdan sağlam nəticələr əldə etməkdir. Mütəxəssis vurğulayıb ki, belə əməliyyatlar Mərkəzi Gömrük Hospitalında beynəlxalq standartlara uyğun, müasir texnologiyaların tətbiqi ilə həyata keçirilir və uşaqlarda rekonstruktiv cərrahiyyənin inkişafında mühüm addım hesab olunur

Bütün xəbərlər Facebook səhifəmizdə