Həddindən artıq işləmək orqanizmə necə təsir edir? - MARAQLI FAKTLAR

Normal iş saatlarından artıq işləmək (yəni gündə 8 saatdan, həftədə 40–48 saatdan çox işləmək) insan orqanizminə bir sıra mənfi təsirlər göstərir. Bəs, bu təsirlər nələrdir?

Məsələ ilə bağlı həkim-terapevt Aynur Rzayeva SİA-ya açıqlamasında bildirib ki, bu təsirlər həm fiziki, həm də psixoloji sağlamlığa ciddi şəkildə zərər verə bilər:

“Uzun iş saatları zamanı kortizol yəni stress hormonu səviyyəsi yüksəlir. Bu, uzun müddət davam etdikdə depressiya, narahatlıq və emosional tükənməyə səbəb ola bilər. Həmçinin uzun müddət işə vaxt ayırmaq yuxu rejimini pozur. Yetərli və keyfiyyətli yuxunun olmaması isə diqqət pozuntusu, yaddaş zəifləməsi və əsəbilik kimi simptomlara səbəb olur. Stress və fiziki yorğunluq qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Xroniki hipertoniya isə infarkt və insult riskini artırır. Gündə 7–8 saat yatmaq lazımdır. İş saatlarından sonra dincəlmək, ailəyə və şəxsi həyata vaxt ayırmaq stressi də azaldacaq”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə