Goranboyda yol qəzasında bir nəfər ölüb, 6 nəfər xəsarət alıb

Avqustun 31-də saat 21:00 radələrində Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (1-i qadın, 6- sı kişi cinsli ) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. TƏBİB-dən SİA-ya verilən məlumata görə, onlara kəllə-beyin travması, daxili qanaxma və müxtəlif nahiyələrin sınığı diaqnozları təyin olunub və zəruri ilkin tibbi xidmət göstərilib. Vəziyyətləri ağır qiymətləndirilən şəxslərdən 6 nəfər Gəncə şəhərində fəaliyyət göstərən özəl tibb müəssisəsinə təxliyə olunub. Kəllə sümüyünün sınığı, komatoz vəziyyət və travmatik şok, sağ bazu və baldır sümüklərinin sınıqları diaqnozu təyin olunan və müalicəsi Reanimasiya şöbəsində davam etdirilən 2004-cü il təvəllüdlü (kişi cinsli) şəxsin 01.09.2025-ci il tarixdə saat 05:20-də ölüm faktı qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə