Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsi tam spektrli uroloji xidmətlər göstərilir

Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsində uroloji xəstəliklərin diaqnostikası, bütün növ uroloji müayinə və müalicə prosedurları, androloji xəstəliklərin müalicəsi, həmçinin açıq və qapalı uroloji cərrahi əməliyyatlar uğurla həyata keçirilir. Şöbənin yüksək ixtisaslı həkimləri tərəfindən tətbiq olunan innovativ müalicə metodları, xüsusilə böyrək xəstəliklərinin müalicəsində yüksək effektivlik göstərir. Buraya müraciət edən bütün pasiyentlərə yüksək səviyyədə uroloji tibbi xidmət təqdim olunur.
Urologiya şöbəsinin rəisi, uzman, uroloq-androloq Bəhruz Xalıqov və uzman, uroloq-androloq Samir Ağalarov tərəfindən aşağıdakı prosedur və əməliyyatlar uğurla həyata keçirilir:
• Lazer və pnevmatik ureterolitotripsiya, qapalı şəkildə daşların çıxarılması (litoekstraksiya)
• Açıq və laparoskopik sidik axarı və böyrək daşları əməliyyatları
• Perkutan nefrolitotomiya, fibroureterorenoskopiya
• Sidik-cinsiyyət sisteminin şişləri, kişi sonsuzluğu, cinsi disfunksiya
• Prostat vəzinin xoşxassəli hiperplaziyası, prostatit
• Qadınlarda sidik qaçırma və sidik yollarının infeksiyaları
• Anadangəlmə sidik yolları qüsurları və sidik ifrazatı pozğunluqları
Qeyd edək ki, ölkəmizdə ilk dəfə qasıq nahiyəsi kəsilmədən tulium lazer vasitəsilə prostat vəzinin adenomasının buxarlanması əməliyyatı məhz Mərkəzi Gömrük Hospitalında uğurla icra olunmuşdur. Eyni zamanda müasir müalicə üsullarından biri olan holmium lazer cihazı ilə daşların yerləşmə yeri və ölçüsündən asılı olmayaraq çıxarılması əməliyyatları da burada tətbiq edilir.
Urologiya şöbəsinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
• Cərrahi kəsik olmadan daşların lazer və ultrasəs vasitəsilə çıxarılması
• Androloji xəstəliklərin müalicəsi
• Sidik-cinsiyyət sisteminin xoş- və bədxassəli törəmələrinin müalicəsi
• Böyrək və sidik yollarının şiş və kistalarının əsasən laparoskopik və endoskopik üsullarla müalicəsi
Əlavə olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi çərçivəsində endoskopik böyrək daşı və endoskopik prostatektomiya əməliyyatları da uğurla həyata keçirilir.
Urologiya şöbəsində aparılan müalicə:

• Sidik yolları və böyrək daşlarının müalicəsi;
• Lazer ureterolitotripsiya;
• Pnevmatik ureterolitotripsiya;
• Böyrək daşlarının qapalı litotripsiyası, litoekstraksiyası;
• Böyrək daşlarının ultrasəs litolapaksiyası;
• Açıq sidik axarı və böyrək daşları əməliyyatları;
• Laparoskopik böyrək daşları əməliyyatları;
• Fibroureterorenoskopiya, litotripsiya;
• Sidik kisəsi daşlarında açıq və endoskopik əməliyyatlar;
• Sidik yolları, böyrək şişlərinin müalicəsi;
• Açıq tam və hissəvi nefrektomiyalar;
• Prostat xərçənginin radikal cərrahi müalicəsi;
• Cinsi pozğunluqlar, sonsuzluğun müalicəsi;
• Cinsi zəifliyin dəqiq diaqnostikası, dərman və cərrahi müalicəsi;
• Peyroni xəstəliyin müalicəsi;
• Xaya biopsiyası, toxum materialın alınması;
• Uşaqlarda görülən uroloji anomaliyaların müalicəsi;
• Qadınlarda mövcud uroloji problemlərin diaqnostikası və müalicəsi;
• Sidik saxlamazlığın minimal müdaxiləli müalicəsi;
• Prostatın qapalı və açıq əməliyyatları, biopsiyası;

Təxirəsalınmaz uroloji müdaxilələr:

• Urostent və nefrostoma yerləşdirilməsi;
• Priapizm zamanı əməliyyatlar;
• Sidik yolları zədələnmələrinin müalicəsi;
• Klassik uroloji əməliyyatlar;
• Endoskopik (qapalı) prostat əməliyyatı (TURP);
• Endoskopik (qapalı) sidik kisəsi daşı və şişlərinin əməliyyatları;
• Endoskopik (qapalı) böyrək daşı əməliyyatları;
• Böyrək, sidik axarı və sidik kisəsi daşlarının əməliyyatsız və ağrısız qırılması;
• Kişi sonsuzluğunun müalicəsi;
• Mikroskopik androloji əməliyyatlar (varikosel, toxum kanalları üzərində əməliyyatlar);
• Qadınlarda və kişilərdə sidik saxlanamazlığının müalicəsi;
• Cinsi zəifliyin müalicəsi;
• Uşaqlarda anadangəlmə uroloji anomaliyaların aradan qaldırılması;

Bütün xəbərlər Facebook səhifəmizdə